Rusiya Azərbaycandan idxalı artırır – Rəsmi
Bizi izləyin

Ekopublika.az

Rusiya Azərbaycandan idxalı artırır – Rəsmi

Ukrayna böhranına görə ABŞ və Qərb ölkələrinin sanksiyalarına sanksiya ilə cavab verən Rusiya embarqo səbəbindən meydana gələcək qıtlığı Azərbaycan vasitəsi ilə ödəyəcək.

Axar.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı naziri Nikolay Fyodorov embarqo tətbiq olunan ölkələrdən gələn miqdarları açıqlayıb və bunun rahatlıqla digər ölkələrdən idxal olunan qida məhsulları ilə qarşılanacağını deyib.

Nazir Rusiyanın 2,3 milyon ton mal əti istehlakından 59 min tonunun, donuz ətindən 3,4 milyon tondan 450 min tonunun, toyuq ətindən isə 4,2 milyon tondan 338 min tonunun ABŞ, Avstraliya, Norveç və Kanadadan gəldiyini deyib. Süd və süd məhsulları istehlakının 36 milyon olduğu Rusiyada embarqo tətbiq olunan ölkələrdən gələn məhsullar yalnız 459 min ton, tərəvəz istehlakında 16 milyon ton istehlaka qarşılıq 900 min ton, meyvədə isə 11 milyon tona qarşılıq 1,6 milyon ton ətrafında idxal olduğunu deyən nazir bundan sonra digər ölkələrdən idxalın çoxaldılması ilə bu çatışmazlığın ödəniləcəyini deyib.

Rusiyanın bu sıxıntını çox asanlıqla qarşılaya biləcəyini deyən nazir bir sıra ölkələrlə bərabər, Azərbaycandan gələn mallara üstünlük verəcəklərini açıqlayıb:

“Türkiyə, Braziliya, Argentina, İsrail, Özbəkistan, Azərbaycan və Belarus kimi ölkələr bu qıtlığı rahatlıqla ödəyə bilər”. Xatırladaq ki, ABŞ, AB, Kanada və Avstraliyadan idxal olunan qida məhsulları Rusiya bazarında 10 faiz təşkil edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm