Yeni tikililərin kvadratmetri 1029 manat olub - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Yeni tikililərin kvadratmetri 1029 manat olub - AÇIQLAMA

“İlkin yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1266 $/кv.m-dən 3,63% artaraq 1312 $/кv.m-ə çatıb”.

Bunu “MBA CONSULTİNG GROUP”un rəhbəri Nüsrət İbrahimov Publika.az-a verdiyini açıqlamasına bildirib.

O qeyd edib ki, milli məzənnə ilə ay ərzində ilkin mənzil bazarında qiymətlər 993 AZN/кv.m-dən 3,62% artaraq 1029 AZN/кv.m bəndində qərarlaşıb:“Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik 2014-cü ilin iyun ayında əvvəlki may ayı ilə müqayisədə 8%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 10% artıb. Bununla yanaşı, son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir. Hər ay olduğu kimi, bu ay da bazarda struktur dəyişliyi davam etmiş, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Bazar portfelində ümumi təkliflərin sayı isə 433 ədəd təşkil etmişdir ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə -19,52%, ilin müvafiq ayı ilə müqayisədə isə -21,7% az olub”.

Ekspertin sözlərinə görə, son aylar qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir: “Təkrar yaşayış mənzil bazarında qiymətlərin azalması, ilkin yaşayış mənzil bazarında isə qiymətlərin artması strukturun dəyişməsinə səbəb olur. Bazarda qiymətlərin artıb-azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar”.

Qiymətlərdən söz açan ekspert bildirir ki, son aylar üzrə qiymət indeksinin artımı müşahidə edilir. Buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə, tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsidir: “Məsələn iyun ayında bazarın aktivliyində artım qeydə alınıb. Bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,88% artmasına gətirib çıxarıb. Şəhər üzrə ümumi mənzil bazarında оrtа qiymət iyun аyı ərzində 0.20%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 51.4% artım, ilkin mənzil bazarında isə uyğun olaraq ilin əvvəli ilə müqayisədə 14,49%, ötən ilin müvafiq ayına nəzərən isə 32,66% artаrаq 1312 $/kv.m olub. Zonalar üzrə qiymətlər müvafiq olaraq 2293 $/кv, 1565 $/кv, 1135 $/кv və 770 $/кv təşkil edib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm