Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək?
Bizi izləyin

Ekopublika.az

Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək?

Azərbaycanda iqtisadi artım uzunmüddətli perspektivdə qaz hasilatının çoxalması ilə dəstəklənəcək. Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək. Bu barədə “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiq edilməsi üzrə hesabatında bildirilir.

Publika.az xəbər verir ki, hesabata görə, karbohidrogenlərin ixracı cari əməliyyatların hesab profisitini yenə də təmin edəcək: “2018-ci ildə xeyli həcmdə qaz hasilatına başlanacağına baxmayaraq, cari balansın göstəriciləri getdikcə azalacaq”.

Agentliyin proqnozlarına əsasən, profisit 2013-cü ildə ÜDM-in 17 faizindən (qiymətləndirmə) 2016-cı ildə ÜDM-in 9 faizinədək getdikcə azalacaq. Bununla belə, “Standard & Poor’s” hesab edirik ki, Azərbaycan xarici netto-kreditor qismində güclü mövqeyini qoruyacaq.

Proqnozlarımıza uyğun olaraq, yaxın 3 ildə Azərbaycanın xarici maliyyələşdirilməsinə (brutto) tələbat cari əməliyyat hesabları, üstəgəl istifadə edilə bilən ehtiyatlar üzrə daxilolmaların ən azı 7 faizi səviyyəsində qalacaq. Qısa təmiz xarici aktivləri isə cari əməliyyatların hesabları üzrə daxilolmaların təqribən 100 faizi səviyyəsində olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm