ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi qida sanksiyasından zərərini hesabladı
Bizi izləyin

Ekopublika.az

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi qida sanksiyasından zərərini hesabladı

Amerika Birləşmiş Ştatları 2013-ci ildə Rusiyaya 1,3 milyard dollarlıq kənd təsərrüfatı məhsulları (balıq və meşə məhsulları daxil olmaqla) idxal edib. Bunun 55 faizi Rusiyanın sanksiyasına düşən məhsullardır.

Publika.Az-ın məlumatına görə, bunu ABŞ-ın kənd təsərrüfatı nazirliyi bəyan edib.Nazirlik bildirib ki, Rusiya dünyada Avropa Birliyi, Çin, Amerika və Yaponiyadan sonra aqro-ərzaq məhsulları idxal edən beşinci böyük dövlətdir. 2013-ci ildə Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının ümumi dəyəri 40,4 milyard dollar təşkil edib. Rusiyanın kənd təsərrüfatı bazarının əsas oyunçusu Avropa Birliyidir. Birlikdən məhsul idxalı 40 faiz təşkil edir. İkinci yerdə 9 faizlə Braziliya dayanır. Amerikanın payı isə 4 faizdir. Amerikadan Rusiyaya əsasən çərəz idxal edilir. 2013-cü ildə ABŞ-dan Rusiyaya 31 milyon dollar həcmində püstə, 139 milyon dollar dəyərində badam idxalı həyata keçirilib. Rusiyanın qida rasionunun əsasını təşkil edən donuz ətinin idxalının həcmi 18 milyon dollar olub.

2013-ci ildə Rusiyaya ABŞ-dan quş əti və quş əti məhsulları idxal 310 milyon dollar təşkil edib. Ümumiyyətlə Rusiya Amerikanın quşçuluq məhsullarının dördüncü böyük bazarı sayılır.

Bu arada məhdudlaşdırılmasına bəzi hazır ət məhsullarıa (kolbasa istisna olmaqla) məhsul və balığa aid deyil.

Onu da bildirək ki, ABŞ Rusiyanın "qida" sanksiyasından zərərini 715 milyon dollar həcmində qiymətləndirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm