Mərkəzi Bank 1 milyarda yaxın pul xərclədi
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank 1 milyarda yaxın pul xərclədi

Manatın məzənnəsi 0,03% möhkəmlənib.

2014-cü ilin I yarımilliyi ərzində Azərbaycanın tədiyə balansında profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib.

Mərkəzi Bankın 2014-cü ilin yanvar-iyun ayları üzrə “Pul Siyasəti İcmalı”nda qeyd olunana görə, bu şəraitdə məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən cari ilin birinci yarısında 967 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası (Valyuta müdaxiləsi) həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, 2013-cü il ərzində valyuta sterilizasiyası 1 milyard 209 milyon dollar təşkil edib.

Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməmiş və cəmi 0,03% möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Beləki, manatın ikitərəfli nominal və real məzənnələri Ukrayna, Gürcüstan, Qazaxıstan, Çin və İsveçrə milli valyutalarına nəzərən möhkəmlənmiş, Avrozona, ABŞ, Türkiyə, Rusiya, İran, Yaponiya, İsrail, Belarus, Cənubi Koreya valyutalarına nəzərən manat real olaraq ucuzlaşıb.

2014-cü ilin I yarımili ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 5,1% bahalaşıb. Aparılmış model qiymətləndirmələrə 2 görə NEM-in 1% möhkəmlənməsi istehlak qiymətlərini 0,28% bəndi azaldır.

Qeyd edək ki, valyuta müdaxiləsi Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.

(marja.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm