Ekopublika.az
Yanacağa görə 26 milyon manat yardım ayrıldı
Azərbaycanda istehsalçılara əkin sahələrinin
becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə
təxminən 25,8 milyon manat məbləğində yardım ayrılması barədə qərar
qəbul edilib.
Kənd Təsərrüfatı nazirliyindən Publika.az-a verilən məlumata görə,
bu barədə qərar çərşənbə axşamı Respublika Komissiyasının sədri,
kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə
kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin
sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına
görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi,
habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və
fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının
istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla
50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə
Respublika Komissiyasının növbəti iclasında qəbul edilib.
İclasda İ.Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd
təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və
çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor
yağlarına görə yardım verilir. Bu məqsədlə 2014-cü ildə də dövlət
büdcəsində vəsait nəzərdə tutulub.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının
istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə
etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti
hesabına 40 manat yardım verilməsi ilə bağlı 27 rayon (şəhər)
komissiyasından daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası qalan 27 rayon (şəhər) komissiyası üzrə
180877 istehsalçıya 644642,07 hektar əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə 25785682,8 manat
məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi
məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) icra
hakimiyyətlərinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək
istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış
yardımın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet
səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində
yerləşdiriləcəkdir.
Eyni zamanda Respublika Komissiyası Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı
ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər
hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının
istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın
1.2, 2.3 və 2.8 bəndlərinə uyğun olaraq 4 satıcı təşkilat, o
cumlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Aqroxim" MMC və
"İ.E.R. ltd" MMC tərəfindən 8544 nəfər kənd təsərrüfatı məhsulları
istehsalçısına 68029,37 hektara görə 50 faiz güzəştlə satılmış
12933,9 ton mineral gübrə üçün 2938373,7 manat dövlət büdcəsi
vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edib və bununla
bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK