Ekopublika.az
Gömrük sahəsində hüquqpozmaların sayı artıb
2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib. Son 5 ilə nəzər salsaq, pandemiya şəraitinə baxmayaraq, hüquqpozmaların sayında artım müşahidə olunur.
Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsinin 1-ci müavini Güloğlan Muradlı deyib.
O bildirib ki, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq: "Əvvəllər bəzi illərdə bu, 8 faiz təşkil edirdisə, 2021-ci ildə cəmi 2,4 faiz təşkil edib. İl ərzində aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb).
Muradlı bildirib ki, gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə tətbiq olunan məhdudiyyətlər səbəbindən son 2 ildə faktların sayında ciddi azalma müşahidə olunur.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
















.jpg)




















