Kirayə mənzillər ucuzlaşıb?- Monitorinq
Bizi izləyin

Ekopublika.az

Kirayə mənzillər ucuzlaşıb?- Monitorinq

“İyul ayında mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib”.

Publika.Az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun araşdırmasına istinadən bildirir ki, əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 $/mənzil və ya 10.6$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 693 $/mənzil və ya 12.03 $/kv.m olub. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində -10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.

Zonalar

mart 2014

iyul 2014

artım, %

I zona

14.41

15.18

5.3

II zona

11.72

11.74

0.2

III zona

10.52

9.01

-14.4

IV zona

5.70

5.72

0.4

Şəhər üzrə

11.95

12.03

0.7

Bazar mütəxəsisləri onu da bildirir ki, iyul ayında bahalı mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir.

Təklif portfelinə gəlincə, zonalar üzrə bölgüdə II zonadan fərqli olaraq I və III zonalarda artma müşahidə edilib. Əhalinin əksər hissəsinin III zonaya maraq verdiyindən, bu zonanın təklif portfelində payının artmağı normal hesab etmək olar: “2014-cü ilin iyul ayında kirayə mənzil bazarında təklifin həcmi -4,3% azalaraq 178 mənzil təşkil edib. Təklif portfelində azalmanın əsas səbəbini əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə izah edilir.

Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm