Manat ucuzlaşacaq? - Deputat AÇIQLADI
Bizi izləyin

Ekopublika.az

Manat ucuzlaşacaq? - Deputat AÇIQLADI

“ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşməkdədir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Strateji məhsulların qiymətlərində də azalmalar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volatilliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür”.Publika.az">

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

src="/storage/files/upload/33cac707a138190a865fd0b6b349addef88c1c6b.jpg" style="width: 537px; height: 334.525px;" class="fr-fic fr-dib">

Millət vəkili bildirib ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) mayın 3-də yenidən toplanacaq:

“ABŞ-da müşahidə edilən inflyasiya səbəbindən FED-in uçot dərəcəsini gələn ay yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir. Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik kontekstində investorların valyuta bazarlarına sərmayələri artır ki, bu da dolları daha da gücləndirir”.

Dünya bazarında möhkəmlənən dolların manata nisbətən kursu necə dəyişəcək?

Millət vəkili qeyd edib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm