Maliyyə aktivləri 119,2 milyon artıb, öhdəlik 48,8 milyon dollar azalıb
Bizi izləyin

Ekopublika.az

Maliyyə aktivləri 119,2 milyon artıb, öhdəlik 48,8 milyon dollar azalıb

Cari ilin birinci rübündə portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 119,2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 48,8 milyon dollar azalıb. Nəticədə portfel investisiyaların axınları üzrə 168 milyon dollar mənfi saldo yaranıb.

Publika.az">Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızlar (4,7 milyon dollar), dövlət (7,9 milyon dollar), bank (47,7 milyon dollar) və özəl (58,9 milyon dollar) sektorların hesabına artıb. Öhdəliklər isə dövlət (3,1 milyon dollar), bank (45 milyon dollar) və digər (0,7 milyon dollar) sektorların hesabına azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm