Ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,9 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,9 faiz artıb

Ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,7 milyard manat olmuş və 2012-ci illə müqayisədə 9,9 faiz artıb.

Ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,7 milyard manat olmuş və 2012-ci illə müqayisədə 9,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,7 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,1 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 37 faizi əmtəə bazarlarında satılmışdır. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci ilin səviyyəsini 10,1 faiz üstələyərək 19,6 milyard manat olub.

Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 3,8 faizi hüquqi şəxslərin, 75,1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 21,1 faizi əmtəə bazarlarında yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm