Zarah İliyev və Qod Nissanov 1-ci, Araz Ağalarov 9-cu oldu - Əmlak kralları
Bizi izləyin

Ekopublika.az

Zarah İliyev və Qod Nissanov 1-ci, Araz Ağalarov 9-cu oldu - Əmlak kralları

Rusiyanın əmlak kralları 2014-cü il üçün də bir zamanlar Azərbaycan vətəndaşı olan Zarah İliyevlə, Qod Nissanov müəyyən ediliblər.

Publika.Az “Forbes”ə istinadən bildirir ki, hər iki milyonerin kirayədən gəliri 1280 milyon dollardır. Onların sərəncamında ümumi sahəsi 1,5 milyon kvadrat metr olan obyeklər var.

Siyahının ikincisi erməni əsilli Samvel Karapetyandır. Onun kirayədən gəlirləri 960 milyon dollar təşkil edir.

Üçüncü yerdə İnqvar Kampraddır. Kirayədən gəliri 800 milyon dollardır.

4-cü yerdə BİN qrupu gəlir. Qrupun kirayədən gəliri 700 milyon dollardır.

Krokurs Qrupunun sahibi Araz Ağalarov isə siyahının doqquzuncusudur. Şəxsi sərvəti 1,5 milyard dollar olan Ağalarovun kirayədən 395 milyon dollar gəlir əldə edir.

10,2 milyard dollar sərvəti olan Roman Abromoviç kirayədən əldə etdiyi 95 milyon gəlirlə siyahının 24-cü sırasında yer alıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm