“Minecraft “2,5 milyard dollara “Microsoft”a satıldı
Bizi izləyin

Ekopublika.az

“Minecraft “2,5 milyard dollara “Microsoft”a satıldı

Mobil platformalarda böyümək istəyən “Microsoft” “ Minecraft” oyununun təsisçisi İsveçin “ Mojang” şirkətini 2,5 milyard dollara satın alıb.

Publika.Az xəbər verir ki, satışdan sonra “ Mojang”ın üç qurucusu vəzifələrindən ayrılacaqlar.

Dünyada ən çox oynanan oyunlardan biri olan “Minecraft” əl dəyişdirdikdən sonra android, ios, xbox və windows kimi bütün əməliyyat sistemləri üzərindən oynana biləcək.

Analitiklər “Microsof”tun windows əməliyyat sistemli telefonlarına marağı artırmaq üçün belə strateji bir alışı həyata keçirdiyini deyirlər: "Əsl çətin iş bundan sonra başlayır. “Microsoft” “Minecraft” ruhunu və prestijini davam etdirə bilib-bilməyəcəyinin şahidi olacağıq. Çünki bu cür satınalmalar “Microsoft” kimi böyük şirkətlərin daxilində əriyib gözdən itə bilər".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm