Avropa rusiyalı milyarderlərin əmlakının ovuna başladı
Bizi izləyin

Ekopublika.az

Avropa rusiyalı milyarderlərin əmlakının ovuna başladı

İtaliyanın maliyyə qurumları rusiyalı milyarder Arkadiy Rotenberqə məxsus 30 milyon dəyərində aktivi dondurub.

Xatırladaq ki, iş adamının adı ABŞ və Avropanın sanksiya siyahısına cari il iyulun 24-də daxil edilib.

Publika.az “Forbes”ə istinadən xəbər verir ki, milyarderin bir mənzilinə, üç villasına həbs qoyulub. İtaliya mətbuatının yazdığına görə, həmçinin Rotenberqin himayəsində olan “Aurora” şirkətinin aktivləri dondurulub. Söhbət paytaxt Romanın mərkəzindəki “Berg Luxury” otelindən gedir.

Onu da bildirək ki, İtaliyada hansısa milyarderin əmlakına həbs qoyulması birinci haldır. Qeyd edək ki, milyarder Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır. O, ölkəsinin ən varlı adamlarının siyahısında 27-ci sırada yer alır. Rotenberqin 4 milyard sərvəti var. Bir məqamı da vurğulayaq ki, son sanksiyalara əsasən, Rotenberqin Avropaya girişi də qadağan olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm