Ekopublika.az
“Qazprom” və “Naftoqaz” arasında müqaviləyə yeni əlavələr daxil edildi
“Ukraynanın qaza olan borcunu ödəməsi ilə bağlı məsələ hələ aydın deyil”. Bunu “Qazprom”un rəhbəri Aleksey Miller bəyan edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya və Avropa Birliyi Ukraynanın oktyabrın sonuna qədər borcunun 2 milyard dollar olmasıyla bağlı ortaq mövqeyə gəliblər. Bu arada Ukraynanın enerji naziri Yuri Prodan isə Rusiya qazının tədarükünə görə oktyabrın sonuna qədər 1,5 milyard dollar məbləğində borcunun ödənməsinə israr edir.
“Buna görə ödəniş məsələsi qaranlıq qalır”, - deyə Miller bildirib. O qeyd edib ki, 1000 kubmetr üçün 385 dollar qiymət siyasəti Ukrayna tərəfindən qəbul olunacaq.
Xatırladaq ki, Ukrayna mavi qazın qiymətinin mövsümə uyğun müəyyən olunmasını təklif etmişdi. Yay fəsli üçün bu qiymətlər 325 dollar, qış fəsili üçün 385 dollar idi. Miller bəyan edib ki, “Qazprom” və “Haftoqaz” arasında müqaviləyə yeni əlavələr daxil edilib. Bu əlavələr rus qazının Avropaya fasiləsiz tranzitinə zəmanət vermir: "Ukrayna yeraltı anbarlara lazımi həcmdə qaz vurmayıb. Bundan əlavə, Ukraynanın yeraltı anbarlarındakı 16,5 milyard kubmetr qazın 5 milyard kubmetri buffer qazıdır. Belə halda, qış və yazı normal keçirmək üçün 7 milyard kubmetr əlavə qaz lazımdır”.
Onu da bildirək ki, Rusiya Ukraynaya qazı 2014-ci ilin yanvarında 2,45 milyard kubmetr qazı 268,5, fevralda 1,64 milyard kubmetr qazı 268,5, martda 1,86 milyard kubmetr qazı 268,5 dollardan satıb. Apreldə qiymət 485,5 dollara qaldırılıb. Təkcə may ayı üçün Ukraynanın borcu 1,7 milyard dollar təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye