Azərbaycanda çörək bahalaşacaq?
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda çörək bahalaşacaq?

Əsas taxıl ixracçılarından olan Qazaxıstan xarici ölkələrə satdığı məhsulun qiymətini artırıb
Əsas taxıl ixracçılarından olan Qazaxıstan xarici ölkələrə satdığı məhsulun qiymətini artırıb

Qazaxıstan xarici ölkələrə satdığı taxılın qiymətini artırıb. İndi bu ölkə buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır.


Anspress-in məlumatına görə, Azərbaycan da Qazaxıstandan buğda aldığından ANS əməkdaşı bu qiymət artımının ölkəmizə təsir edib-etməyəcəyi ilə maraqlanıb.


Ölkənin əsas un istehsalçısı olan şirkətin rəhbəri Taleh Qasımov bildirdi ki, əslində bahalaşmadan söhbət getmir. Sadəcə bazarda mütəmadi olaraq qiymətin artması-azalması baş verir.


Məsələn ötən həftə buğdanın bir tonunun qiyməti 10 dollar aşağı düşmüşdüsə, bu həftə 5-6 dollar yüksəlib. Mütəmadi baş verən qiymət tərəddüdləri yekunda məhsulun, yəni unun və çörəyin bahalaşmasına təsir edəcək səviyyədə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm