Buxarestdə Rumıniya-Türkiyə Biznes Forumu keçirilib
Bizi izləyin

Ekopublika.az

Buxarestdə Rumıniya-Türkiyə Biznes Forumu keçirilib

ARDNŞ-nin Rumıniya nümayəndəliyi Buxarestdə Türk İş Adamları Dərnəyinin təşəbbüsü ilə keçirilən Rumıniya-Türkiyə Biznes Forumunda iştirak edib.

Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, forumda Rumıniyanın Baş naziri Viktor Ponta, iqtisadiyyat naziri Konstantin Nitsa, maliyyə, turizm, nəqliyyat nazirləri, Türkiyə tərəfdən isə iqtisadiyyat naziri Nihat Zeybekci, eləcə də hər iki ölkədən 100-ə yaxın iş adamı iştirak edib. ARDNŞ-nin bu ölkədəki nümayəndəliyi həmçinin forum çərçivəsində Rumıniyanın Baş naziri və Türkiyənin iqtisadiyyat naziri ilə Rumıniyaya sərmayə yatıran və burada uğurla çalışan 20 aparıcı şirkətin nümayəndələrinin görüşündə də təmsil olunub.


Biznes Forumunda Türkiyə ilə Rumıniya arasında qarşılıqlı sərmayə yatırımı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, neft-qaz, tikinti, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində çıxışlar edilib və müzakirələr aparılıb. ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov Türkiyənin iqtisadiyyat Naziri Nihat Zeybekci ilə görüşüb, SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə məlumat verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm