Silaha 1,3 trilyon xərcləyən 20 ölkə - SİYAHI
Bizi izləyin

Ekopublika.az

Silaha 1,3 trilyon xərcləyən 20 ölkə - SİYAHI

Silaha 1,3 trilyon xərcləyən 20 ölkə

1. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ölkəsi ABŞ burada da birinciliyi heç kimə vermir və 585.4 milyard dollarla birinci yerdə iştirak edir.

2. Sürətlə böyüyən ölkələr arasında olan Çin 139.2 milyard dollarla Amerikadan sonradır.

3. 2016 -cı ildə silah xərclərinin 98 milyard dollara çıxacağı təxmin edilən Rusiya keçən il bu sahəyə 68.8 milyard dollar büdcə ayırıb.

4. Avropada sənaye inqilabını reallaşdıran ilk ölkə olan İngiltərə silaha ayırdığı 58.8 milyard dollarlıq büdcə ilə siyahının 4-cü yerindədir.

5. Silaha 56,8 milyard dollar ayıran Yaponiya 5-ci yerdədir.

6. Dünyada ən çox ziyarət edilən ölkə olan Fransa isə 53 milyard dollar ayırıb.

7. Hindistan 46,1 milyard dollarla siyahının 7-ci yerindədir.

8. Almaniya isə bu sahəyə 44.6 milyard dollar ayırıb.

9. Səudiyyə Ərəbistanı 42.8 milyard dollarla siyahının 9-cu yerindədir.

10. Təxminən 50 milyonluq bir əhaliyə sahib olan Cənubi Koreya bu sahəyə 31.5 milyard dollar yatırıb.

11. Olduğu qitənin ən böyük və ən sıx ölkəsi olan Braziliya 29.5 milyard dollar ayırıb.

12. Heç bir ölkə ilə quru sərhədi olmayan Avstraliya ötən il silaha 29,5 milyard dollar ayırıb.

13. Ən çox ziyarət edilən ölkələr arasında yer alan İtaliya 27.7 milyard dollarla siyahının 13-cü yerindədir.

14. NATO-nun ən böyük silahlı qüvvələrindən olan Türkiyə bu sahəyə 20,6 milyard dollar ayırıb.

15. Kanada 19.6 milyard dollar.

16. Əhalisi 20 milyondan çox olan Tayvan 14.8 milyard dollar yatırıb.

17. Avropanın ən böyük ölkələrindən biri olan İspaniya 13.1 milyard dollar xərcləyib.

18. 45 milyondan çox əhalisi olan Kolumbiya 13.1 milyard dollarlıq büdcə ilə siyahının sonlarında yer alıb.

19. Əhalisi 8 milyondan çox olan İsrail 12.9 milyard dollar yatırıb.

20. Afrikanın ən böyük ölkəsi olan Cəzayir 10.7 milyard dollarla siyahının ən sonunda yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm