1 ayda ərzaq məhsulları bahalaşıb
Bizi izləyin

Ekopublika.az

1 ayda ərzaq məhsulları bahalaşıb

1 ayda ərzaq məhsulları bahalaşıb

Bu ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb.

Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.

Ay ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının,

süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşmış, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm