Neftin qiyməti ucuzlaşarsa, nə baş verəcək?
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti ucuzlaşarsa, nə baş verəcək?

"Qitənin ən iri iqtisadiyyatına sahib olan Almaniyada sənaye istehsalının, müəssisə sifarişlərinin və ixracın azalması Avropada yeni resessesiyanın başlanması təhlükəsi yaradıb".

Publika.az-ın məlumatına görə, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu ABŞ-dan sonra dünyanın ən nəhəng iqtisadiyyatı olan Çində də yaxın 2 ildə iqtisadi artım templərinin zəifləyəcəyini proqnozlaşdırır. Qlobal iqtisadi böhran riskinin artdığı bir vaxtda ABŞ iqtisadiyyatının sürətlə dirçəlməsi dünyada yeni stiuasiya yaradır.

1) 2008-ci ildən fərqli olaraq hazırkı Çin və Avropa böhran maliyyə sektorunu deyil, real sektoru əhatə edir və belə vəziyyətdə istehal templərinin azalması qlobal miqyasda neftə tələbatı da azaldacaq. Bu halda neftin qiymətində son ayyarımda müşahidə edilən enmə prosesinin davam edəcəyi də qaçılmazdır;

2) ABŞ-ın əsas makroiqtisadi parametrlərinin hamısında müsbət meyllər müşahidə olunur. İşsizliyin səviyyəsi 2008-ci ilin böhranından sonra ən aşağı həddə düşüb (5.9%), gələn il üçün büdcə kəsiri böhrandan sonra ən aşağı səviyyədə - ÜDM-nin 2.8%-i səviyyəsində proqnozlaşdırılır (halbuki 2009-da 9.8% təşkil etmişdi), yaxın 2 ildə iqtisadi artım səviyyəsi 3-4% proqnozlaşdırlır, dövlət borcunun ÜDM-ə nisbətində (75%) artım gözlənmir, bu ilin 9 ayının nəticələrinə görə, ticarət balansının kəsirində 10% (35 milyarda dollara yaxın) azalma qeydə alınıb, dünyanın 6 aparıcı valyutasına nəzərən dolların nominal məzənnə indeksində artım qeydə alınır. Belə şəraitdə ABŞ 1986-cı ilin rekord səviyyəsində xam neft və qaz hasilatına nail olmaqla xaricdən neft-qaz idxalını tam dayandırmaqla yanaşı, enerji ixracatt edərək dünya bazarında təklifi artırmaq və qiymətləri diqtə eləmək imkanı qazanıb. Bu amil də dünya bazarında xam neftin qiymətinin davamlı azala biləcəyilə bağlı gümanları gücləndirir.

3) İranın Avropa bazarlarına neft ixracı ilə bağlı qadağaları aradan qaldırlır. Bu fakt da qiymətlərin enməsini şərtləndirir

Artıq bu dəqiqələrdə Texas neftinin qiyməti 85 dollara düşüb, Brent markalı neft 90 dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm