Muzdlu işçilərin sayı açıqlandı
Bizi izləyin

Ekopublika.az

Muzdlu işçilərin sayı açıqlandı

2014-cü il sentyabrın 1-ə olan vəziyyətinə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub.

Publika.az-ın məlumatına görə bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində fəaliyyət göstəriblər.

Onların orta aylıq nominal əmək haqqı 440,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə isə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm