Vergilər Nazirliyi büdcəyə köçürdüyü vəsaitin miqdarını açıqladı
Bizi izləyin

Ekopublika.az

Vergilər Nazirliyi büdcəyə köçürdüyü vəsaitin miqdarını açıqladı

2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olub.

Bu barədə Publika.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3,13 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 61 181 vergiödəyici qeydiyyata alınıb, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı 591 178-ə çatıb.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm