Banklar kreditləri 20 faiz artıraraq 17 milyarda çatdırıb
Bizi izləyin

Ekopublika.az

Banklar kreditləri 20 faiz artıraraq 17 milyarda çatdırıb

Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabrın 1-i üçün 17.3 milyard manata çatıb.

Publika.az xəbər verir ki, kreditlər ötən ilin müvafiq dövrünə nisbətən 19.7 faiz artıb. Kreditlərin 13.7 milyard manatı uzun müddətə, 3.6 milyard manatı isə qısa müddətə verilib. 5.4 faizinin, yaxud 938.8 milyon manatının ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz artaraq sentyabr ayının 1-nə 7 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 4.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.6 milyard manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm