Ekopublika.az
25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla, 25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Publika.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 99.4 faiz təşkil edib. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində, 22.3 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1.6 faiz azalmış, emal bölməsində 1.5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4.3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3.6 faiz artıb.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.1 milyon ton, əmtəəlik qaz hasilatı 13.8 milyard kub metr təşkil edib.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 2.3 faiz, içki istehsalı 9.2 faiz, tütün məmulatlarının istehsalı 85.3 faiz, geyim istehsalı 50.7 faiz, kimya sənayesi məhsulları istehsalı 21.7 faiz, hazır metal məmulatların istehsalı 8.8 faiz, tikinti materialları istehsalı 19.4 faiz, elektrik avadanlıqların istehsalı 27.0 faiz, mebel istehsalı 10.0 faiz, avtomobil və qoşquların istehsalı 57.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqların istehsalı 79.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 77.9 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 16.1 milyard kvt.saat olmaqla 6.3 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6 faiz artmış, neft sektorunda isə 2 faiz azalıb.
İqtisadiyyat şöbəsi
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır