Samir Şərifov BVF nümayəndələri ilə görüşüb
Bizi izləyin

Ekopublika.az

Samir Şərifov BVF nümayəndələri ilə görüşüb

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub. Xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla, hökumətin orta müddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib. Regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm