Səudiyyə Ərəbistanı neft təchizatını azaldıb
Bizi izləyin

Ekopublika.az

Səudiyyə Ərəbistanı neft təchizatını azaldıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı sentyabr ayı üzrə bazara xammal təchizatını azaldıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib. Agentlik qeyd edir ki, Səudiyyənin təchizatı sutkada 328 min barel azalıb. Təchizat gündəlik 9,36 milyon barelə düşüb. Halbuki avqust ayında bu rəqəm 9,69 milyon barel idi.

Bununla bərabər, Səudiyyə Ərəbistanının neft hasilatı sentyabrda 9,7 milyon barelə çatıb. Avqust ayında bu göstərici 9,6 milyon barel idi.

Onu da qeyd edk ki, bu xəbərlərdən sonra Brent tipli neftin dekabr ayı üzrə müqavilə qiyməti 0,82 dollar (0,97 faiz) artaraq 85,53 dollara yüksəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm