Ekopublika.az
Amerika Avropaya qaz satacaq
Neft və təbii qaz müharibəsi artıq start götürüb.
ABŞ ucuz təbii qaz ixracatıyla Avropanı Rusiya asılılığından xilas etməyi planlaşdırır. Neftin qiymətindəki 30 faizlik ucuzlaşma isə LNG-yə (mayeləşdirilmiş təbii qaz) təzyiqi artırır.
Publika.az xəbər verir ki, 2014-cü il enerji bazarında yeni bir müharibənin başladığı il kimi tarixə düşəcək. Təbii qaz və neft arasındakı “döyüş” 2015-ci ildə daha da şiddətlənəcək. Qaya qazı inqilabı edən ABŞ dünyanın yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı kimi bazara daxil olacaq. Üstəlik, Avstraliya və Qətərin verdiyi qiymətdən dörd dəfə aşağı qiymətə qaz satacaq. Təbii qazla bağlı bu inkişafın fonunda neftin qiymətinin 82 dollara düşməsi iki enerji növü arasında çəkişməni şiddətləndirəcək. Çünki LNG nefti əvəz edən enerji məhsulu kimi qəbul edilir.
Artıq Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropanın bu problemini ABŞ həll edəcək. Hətta dörd Şərqi Avropa səfirinin mart ayında Ağ Evə göndərdiyi məktubda bu, açıq şəkildə qeyd edilib: “ABŞ-da yaşanan qaya qazı inqilabı ilə ölkənin şirkətləri keçmiş Sovetlər Birliyi ölkələrinə qaz ixracatını artırmaq istiqamətində addımlar atmalıdır. Amma bürokratik maneələr sual yaradır. Sərbəst ticarət razılaşmasıyla bu problem həllini tapmalıdır”.
Qeyd edək ki, “Brent” tipli neftin 30 faiz ucuzlaşmasından OPEK ölkələrinin büdcələri 200 milyard dollar zərərə düşüb.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?