BVF Azərbaycanla bağlı dördillik iqtisadi proqnozlarını açıqladı
Bizi izləyin

Ekopublika.az

BVF Azərbaycanla bağlı dördillik iqtisadi proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun atımını 5 faiz, 2015-ci ildə isə 4,6 faiz səviyyəsində proqnozlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə fondun "Word Economic Outlook" hesabatında deyilir.

BVF-nın hesablamalarına əsasən, 2016-cı ildə Azərbaycanda iqtisadi artım 3,48 faiz, 2017-ci ildə 3,22 faiz, 2018-ci ildə 3,98 faiz, 2019-cu ildə isə 4,23 faiz səviyyəsində olacaq.

Cari qiymətlərlə Azərbaycanda ÜDM 2014-cü ildə 61,6 milyard manat (79,36 milyard dollar), 2015-ci ildə 67,47 milyard manat (87,76 milyard dollar), 2016-cı ildə 72,7 milyard manat (94,57 milyard dollar), 2017-ci ildə 79,77 milyard manat (103,76 milyard dollar), 2018-ci ildə 86,13 milyard manat (112,03 milyard dollar), 2019-cu ildə isə 93,87 milyard manat (122,1 milyard dollar) təşkil edəcək.

Azərbaycan ötən ili 57,71 milyard manat, yaxud 73,54 milyard dollarlıq ÜDM-lə başa vurub.

BVF adambaşına düşən ÜDM-in 2013-cü ildəki 6 199 manatdan (7 899 dollar) 2014-cü ildə 6 568 manatadək (8 457 dollar), 2015-ci ildə 7 133 manatadək (9 278 dollar), 2016-cı ildə 7 626 manatadək (9 919 dollar), 2017-ci ildə 8 300 manatadək (10 797 dollar), 2018-ci ildə 8 890 manatadək (11 564 dollar), 2019-cu ildə isə 9 613 manatadək (12 503 dollar) çatacağını proqnozlaşdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm