Ekopublika.az
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib.
1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) fəal üzvü kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz bu il üçüncü dəfə Şuraya namizədliyini irəli sürüb.
Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səlahiyyətli konfransında ölkəmizin Şuraya namizədliyinin
dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə
heyəti iştirak edib. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının
(BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə
ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən
səlahiyyətli konfrans və İnzibati Şura tərəfindən idarə olunur.
Səlahiyyətli Konfrans Birliyin ali orqanıdır. Konfrans BTİ-nin
fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab
olunur. Bu il Səlahiyyətli Konfrans Cənubi Koreyanın Busan
şəhərində keçirilib.
Oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan, C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstanla rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.
Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində
BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Seçkilərdə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinin də dəstəyi xüsusi qeyd
edilməlidir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar
nəticəsində qarşılıqlı səsvermə yolu ilə şuraya üzvlük seçki yolu
ilə təmin olunub.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu