Rusiyada bank faizləri artdı
Bizi izləyin

Ekopublika.az

Rusiyada bank faizləri artdı

Rusiyanın Mərkəz Bankı neftin qiymətinin aşağı düşməsi, Qərbin tətbiq etdiyi sanksiyalar səbəbiylə hər gün dəyərdən düşən rublu qorumaq üçün faiz artımına gedib.

Publika.az xəbər verir ki, bu barədə qərar Mərkəz Bankın pul siyasəti toplantısında verilib. Bank rəhbərliyi faiz nisbətlərini 1,5 bal artıraraq 9,5 faizə yüksəldiblər. Halbuki proqnozlar 0,5 faizlik artım ətrafında idi.

Qeyd edək ki, rubl ilin ortasından bəri ağırlaşan sanksiyalar və aşağı neft qiymətləri səbəbiylə dollar qarşısında 20 faiz dəyərini itirib. Mərkəz Bank rublun dəyər itkisini önləmək üçün son bir ayda bazara 27 milyard dollar təqdim edib.

Faiz artımı qərarına baxmayaraq, rublun dəyər itkisi davam edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm