Mərkəzi Bank “Mıxlıqovaq” və bir neçə təşkilatın lisenziyasını ləğv etdi
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank “Mıxlıqovaq” və bir neçə təşkilatın lisenziyasını ləğv etdi

Mərkəzi Bank 4 kredit təşkilatının bank fəaliyyətini ləğv edib.

Publika.az xəbər verir ki, bunlar “Aslanlı”, "Mıxlıqovaq", "Maliyyə Kredit İttifaqı" və "Nofel Kredit İttifaqı"dır. Adı çəkilən kredit təşkilatlarının lisenziyalarının ləğv edilməsinin səbəbi 2013-cü ilin audit hesabatını və maliyyə hesabatlarını təqdim etməmələridir.

Qeyd edək ki "Aslanli" ( Yardımlı rayonunda fəaliyyət göstərir) lizenziyasını 2004-cü ildə, "Mıxlıqovaq" (Qəbələ rayonunda fəaliyyət göstərir) 2006-cı ildə alıb. "Maliyyə Kredit Ittifaqi"na (Bakı şəhəri) – 2011-ci ildə, "Nofel Kredit İttifaqı"na isə (Şəki ) 2011-ci ildə lisenziya verilib.

Onu da bildirək ki, cari ilin oktyabr ayının 1-ə qədər 113 kredit təşkilatı lisenziyaya malik idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm