İspaniya Bakıdakı tikinti biznesi ilə maraqlanır
Bizi izləyin

Ekopublika.az

İspaniya Bakıdakı tikinti biznesi ilə maraqlanır

Bakıda səfərdə olan İspaniya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb. Publika.Az-ın məlumatına görə, görüş barədə geniş məlumat verən ispaniyalı deputat Xose Mariya Çikoyo Milli Məclisdə keçirdiyi mətbuat konfransında Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edildiyini bildirib.

O deyib ki, Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əlaqələr uğurla davam etdirilir, əməkdaşlığın genişləndirilməsində rəsmi səfərlər və keçirilən görüşlər xüsusilə əhəmiyyətlidir: "Bununla belə, ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə qeyri-neft sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. İspaniya şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirə biləcəklər. Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Eyni zamanda iki ölkənin təcrübə mübadiləsinə ehtiyac var”.

İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayan parlamentari bildirib ki, turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm