Takehiko Nakao: "Azərbaycan öz təcrübəsi ilə seçilir"
Bizi izləyin

Ekopublika.az

Takehiko Nakao: "Azərbaycan öz təcrübəsi ilə seçilir"

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadə edilməsində Azərbaycan öz müsbət təcrübəsi ilə seçilir.

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat Konfransında Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib.

"Ötən 21 ildə Azərbaycanın inkişafı bunun bariz nümunəsidir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarının ödənilməsi və makroiqtisadi sabitliyi təmin etmək baxımından uğurlu addımlardan biridir. Azərbaycan Hökuməti müasir dünyadakı çağırışları çox gözəl anlayır və buna uyğun addımlar atır", AİB prezidenti əlavə edib.

Azərbaycanın böyük inkişaf perspektivinin olduğunu deyən T.Nakao səfərinin sosial-iqtisadi məsələlərin, investisiya layihələrinin müzakirəsi baxımından gözəl imkan yaratdığını diqqətə çatdırıb. Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq burada gördüyü inkişafdan məmnunluğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm