Rusiya Mərkəzi Bankından rublun məzənnəsini saxlamaq üçün daha bir addım
Bizi izləyin

Ekopublika.az

Rusiya Mərkəzi Bankından rublun məzənnəsini saxlamaq üçün daha bir addım

Rusiya Mərkəzi Bankı noyabrın 6-sı üçün dolların kursunu 44 rubl, avronu isə 55 rubl səviyyəsində təsdiqləyib.

Publika.az xəbər verir ki, bu gün Moskva birjasında avronun məzənnəsi 1,66 rubl artaraq yeni maksimuma – 56,16 rubla çatıb. Dolların kursu 1,38 dollar artaraq 44,98 dollara yüksəlib. Mərkəzi Bank gündəlik intervensiyanı 350 milyon dollar endirib. Bu da rublun sərbəst buraxılması deməkdir. Qeyd edək ki, bir qədər əvvəl intervensiyanın həcmi 3 milyard dollara qədər yüksəlirdi.

Lakin Mərkəzi Bankın bütün xərcləmələrinə, pul siyasəti ilə bağlı atdığı addımlara baxmayaraq, rublun məzənnəsi düşməkdə davam edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm