Ekopublika.az
Qiymətli kağızlar bazarının həcmi 40 faizə yaxın artıb
İlin doqquz ayı ərzində qiymətli kağızlar bazarının artım tempi ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir neçə dəfə üstəlyib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, qiymətli kağızlar bazarında pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət dəyişiklikləri müşahidə olunub. İlk dəfə olaraq korporativ qiymətli kağızlar bazarının bütövlükdə qiymətli kağızlar bazarında payı 30%-i ötüb. Belə ki, cari il ərzində bazarın həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 37 faiz artaraq 7,5 milyard manat təşkil edib. Bu, 2013-cü ilin yekununun 86 faizinə, eləcə də ölkə ÜDM-nin 17,1 faizinə, qeyri-neft ÜDM-nin isə 29,5 faizinə bərabərdir.
Hesabat dövrü ərzində özəl və dövlət şirkətlərin, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin korporativ qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi, həmçinin korporativ alətlərlə təkrar ticarətin artması nəticəsində korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub. Dövr ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz, həcmi isə 3,1 dəfə artaraq 3,5 milyard manat təşkil edib. Korporativ qiymətli kağızlar bazarında ortalama günlük ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 19,6 milyon manata çatıb. Ümumilikdə, 2014-cü ilin 9 ayı ərzində ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 2 dəfədən çox üstələyib.
2014-cü ilin ilk 9 ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcminə müsbət təsir göstərib. Bazarın bu seqmenti 2,2 dəfə artaraq 975,4 milyon manata yüksəlib.
İqtisadiyyat şöbəsi
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO