Rusiya defolta gedir
Bizi izləyin

Ekopublika.az

Rusiya defolta gedir

Rubl tarixi minimumuna enib.

Artıq 1 dollar – 46 rubl, 1 avro isə 57 dollar təşkil edir. Nəzərə çatdıraq ki, Rusiya rublun məzənnəsinin saxlanmasına 27,2 milyard dollar və 1,6 milyard avro həcmində intervensiya həyata keçirib.

Publika.az xəbər verir ki, Rusiya öz valyutasına belə dəstəyi sonuncu dəfə 2008-ci ildə reallaşdırıb. Noyabrın 5-dən sonra isə intervensiyanın həcminin gündəlik 350 milyon dolları ötməməsinə qərar verib. Halbuki əvvəllər bu rəqəm 10 dəfə də arta bilərdi. Bu arada Rusiya Mərkəzi Bankı 2015-ci ildən valyuta dəhlizindən imtina etməyi düşünür. Hazırda valyuta səbətinin 55 faizi dolların, 45 faizi avronun payına düşür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm