Neft ucuzlaşıb, daşınması bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Neft ucuzlaşıb, daşınması bahalaşıb

2014-cü ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 6,0 faiz bahalaşıb.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, yükdaşımadan fərqli olaraq sərnişindaşıma tarifləri 1,1 faiz ucuzlaşıb.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunub. Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4 faiz bahalaşıb.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz aşağı düşüb. Avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm