Moskva şokda – rubl ölüm ayağında
Bizi izləyin

Ekopublika.az

Moskva şokda – rubl ölüm ayağında

Publika.az xəbər verir ki, Moskva birjasında dolların kursu 1,13 rubl qalxaraq 48 rubla, avronun kursu isə 59,47 rubla yüksəlib. Bir gün əvvəl bu rəqəm müvafiq olar 46,8 rubl və 58 rubl təşkil edirdi. Statistikaya əsasən, ilin əvvəlindən indiyə qədər Rusiyada dollar 40 faiz bahalaşıb. Rusiya Mərkəzi Bankının pul siyasətində etdiyi dəyişikliklərə baxmayaraq, rubl dəyərsizləşməkdə davam edir.

Nəzərə çatdıraq ki, artıq Beynəlxalq Valyuta Fondu da Rusiya böhranının region ölkələrini - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı vuracağını bildirir. Qeyd edir ki, bu ölkələrdə iqtisadi artım zəifləyəcək, inflyasiya yüksələcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm