2015-ci ildə 1 dollar 200 rubl olacaq – ŞOK proqnoz
Bizi izləyin

Ekopublika.az

2015-ci ildə 1 dollar 200 rubl olacaq – ŞOK proqnoz

“Qərbin sanksiyaları rublun dəyərdən düşməsinə gətirib çıxarıb. 2015-ci ilin martında artıq dollar 200 rubl təşkil edəcək”.

Publika.az xəbər verir ki, bunu “Finam Mecment”in ekspertləri bəyan edib. Bildiriblər ki, Rusiya növbəti ilə çətinliklə çıxacaq: “Yeni ildən sonra iqtisadiyyatda bərpa başlayacaq. Bu, qorxulu deyil. Ən qorxulusu odur ki, dollar 200 rubla qədər yüksələcək.

Nəzərə çatdıraq ki, bazar günü rublun dollara nisbətən məzənnəsində artım olsa da, bu sabah artıq dollar 6 qəpik balaşaraq 45.91 rubla bərabər olub. Avro isə 21 qəpik artaraq 57,01 rubl təşkil edir.

Onu da bildirək ki, Rusiyanın Mərkəzi Bankı noyabrın 10-dan rublun məzənnəsinə müdaxiləni minimuma endirən qərar qəbul edib.Bununla belə Rusiya Bankı valyuta müdaxiləsindən tam imtina edilməyəcəyini bildirib. Ölkədə maliyyə sabitliyinə təhlükə yarandığı təqdirdə Mərkəzi Bank məzənnəyə müdaxilə hüququnu özündə saxlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm