Yaşayış minimumu və ehtiyac meyarı artırıla bilər
Bizi izləyin

Ekopublika.az

Yaşayış minimumu və ehtiyac meyarı artırıla bilər

Parlament komitələrində yaşayış minimumu və ehtiyac meyarı haqda qanun layihələrinin müzakirəsi gedir. Onların cüzi artırılması gözlənilir.

Publika.az xəbər verir ki, yaşayış minimumunu indiki 125 manatdan 131 manata artırmaq planlaşdırılır. Əmək qabiliyyətli əhali üçün bu göstərici (2014-cü ildə 136 manat) 140 manat, pensiyaçılar və uşaqlar üçün (103 manat) 108 manat olacaq. Ayda 1575 manat maaş (əlavə pul və ayırmalarsız) alan deputatlar Prezident Administrasiyasından gələn qanun layihəsini müsbət qiymətləndirib.

2014-cü ilin “Yaşayış minimumu haqqında” qanununa əsasən, minimal əmək haqqı və əmək penziyalarının baza hissəsi yaşayış minimumuna uyğun olmalıdır. Bundan başqa, müxtəlif müavinət, təqaüd, ünvanlı sosial yardım üçün meyar müəyyən ediləndə yaşayış minimumu nəzərə alınır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm