Ağcabədidə sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
Bizi izləyin

Ekopublika.az

Ağcabədidə sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib

Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, biznes planların və investisiya layihələrinin hazırlanmasına, marketinq və sənayedə brendləşmə, elektron xidmətlərə dair mövzularda təşkil olunmuş treninqdə biznes plan və bölmələri, biznes ideyanın yaradılması, maliyyə planı, marketinqin növləri və prinsipləri, reklam fəaliyyəti, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə www.icazeler.gov.az, www.b2b.az elektron portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemindən danışılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm