Neft 76 dollara düşdü, rubl dollara qarşı bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Neft 76 dollara düşdü, rubl dollara qarşı bahalaşdı

Moskva birjasında dolların kursu yenidən düşməyə başlayıb. 1 dollar 47 rubl təşkil edib.

Publika.az xəbər verir ki, 1 avro isə Moskva birjasında əvvəlcə 58,2 rubla düşüb. Sonradan 59 rubla yüksəlib. Rus valyutasının məzənnəsinin oynamasına OPEK-in bu gün Vyanada keçirilən toplantısı təsir edib. Müzakirələr neftin qiyməti üçün də uğurlu olmayıb.”Qara qızıl” ilin ən minimal səviyyəsinə enib. London birjasında “Brent” tipli neftin qiyməti 76 dollar təşkil edib.

Bu arada Rusiya Maliyyə Nazirliyinin açıqlamalarına görə, cari ildə ölkədə inflyasiya faizləri 92 faizə yüksələ bilər. Qeyd edək ki, bundan əvvəlki proqnozlarda bu rəqəm 7,5 faiz idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm