“Renault” Azərbaycanda satışını genişləndirir - FOTO
Bizi izləyin

Ekopublika.az

“Renault” Azərbaycanda satışını genişləndirir - FOTO

“Renault”-un Azərbaycandakı rəsmi dileri – “Nurgün Motors” şirkəti iyunun sonunda ölkəmizə “Megane”, “Fluence” və “Sabdero”nun yeni partiyasını gətirəcək.

Bu barədə Publika.Az-a “Nurgün Motors”şirkətindən məlumat verilib.

2012-ci ilin mart ayında Azərbaycanda “Renault” Diler Mərkəzinin açılması Bakıda bu avtomobillərə diqqətin artmasına səbəb olub.

“Renault” Avrasiya Baş Direktorunun müavini Deni Le Vot şirkətin Azərbaycanda fəaliyyətindən və avtosevərlərin “Renault”a olan

marağından məmnunluğunu dilə gətirib.

Məlumat üçün deyək ki, “Renault Sandero” emosionallıq və səmərə mütənasibliyinə üstünlük verən şəhər sakinləri üçün nəzərdə tutulub. “Sandero” 1,4 və 1,6 litrlik benzin tutumlu mühərriklə təchiz olunub. Avtomobilin Azərbaycanda satış qiyməti 9 900 manatdan başlayır.

“Renault Megane” təhlükəsizliyə zərər gətirmədən sürücüyə etibarlı idarəetməni təmin edir. Avtomobil daha parlaq, gənc və idman üslubuna üstünlük verən auditoriyaya yönəlib. Benzin mühərrikli bu model komplektasiyasından asılı olaraq 19 900 manatdan başlayan qiymətlərlə satılır.

“Renault Fluence” isə komfortluğu ilə seçilən ailəvi sedandır. Avtomobil işgüzar insanlar üçün daha ideal hesab olunur. “Fluence” avtomobili Azərbaycan alıcılarına benzin mühərriki 1,6 litrli 106 at gücünə malik, dördpilləli avtomatik transmissiya (start qiyməti - 17 200 manat), habelə benzin mühərriki 2 litrli 138 at gücünə malik yeni pilləsiz CVT transmissiya (variator) ilə təchiz edilmiş növdə (start qiyməti – 18 900 manat) təklif olunur.

Səid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm