İstehlakçılara 1,7 milyard manatlıq əmtəə satılıb
Bizi izləyin

Ekopublika.az

İstehlakçılara 1,7 milyard manatlıq əmtəə satılıb

İstehlakçılara 1,7 milyard manatlıq əmtəə satılıb

Bu ilin yanvar ayında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,7 milyard manatlıq əmtəə satılıb. Bu da 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3 faiz çox əmtəə satışı demək olub.

Publika.Az-ın məlumatına görə, istehlak mallarının 900,3 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil edib.

Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 5,1 faiz bəndi artıb. Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib.

Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm