Neftin qiyməti 63 dollara düşdü
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 63 dollara düşdü

Cümə günü Şimal dənizində hasil olunan Brent markalı neft qarışığının yanvar "fyuçerslər"inin qiyməti 0.47 faiz azalaraq 1 barrel üçün 63.38 dollar təşkil edib.

Publika.az xəbər verir ki, WTI markalı neft səhər saatlarında 1,25 faiz ucuzlaşaraq 1 barel üçün 59,2 dollara bərabər olub.

Neftin növbəti dəfə ucuzlaşmasını təhlilçilər Səudiyyə Ərəbistanı, İraq və Küveyt tərəfindən Asiya ölkələrinə rekord dərəcədə qiymət güzəştlərinin verilməsilə izah edirlər.

Bundan əvvəl İran höküməti gündəlik neft hasilatını 4,8 milyon barelədək artırmaq barədə qərar qəbul etmişdi.

Bu arada rublun qiyməti də düşməkdə davam edib. Cümə günü ticarət açılanda dolların rubla nisbətən qiyməti 50 qəpik bahalaşaraq 56,94 rubl olub. Avronun qiyməti isə 68 qəpik bahalaşıb və 70,58 rubl olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm