Ekopublika.az
Aydın Mirzəzadə ev kreditlərinin dayanmasına haqq qazandırdı
“Bankdan mənzil üçün kredit alan şəxslər müəyyən bir dövrdən sonra kredit ödənilməsində çətinlik çəkirlər və banklar ziyana işləməyə başlayır. Nəzərə alsaq ki, onların əsas fəaliyyəti pulun dövriyyəsidir və çoxsaylı vətəndaşların az olmayan məbləğlə banklara borcu qalır. Bu da bankların fəaliyyətinin iflic olmasına gətirib çıxardır”.
Bu sözləri mənzillərin kreditlə satışına məhdudiyyətlərin qoyulması məsələsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə “Axar.az”a açıqlamasında söylədi.Millət vəkili bildirdi ki, Mərkəzi bankın bu addımı insanları daha da məsuliyyətli olmağa sövq edir və müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşməyəcək: “Bankları risklərdən azad etmək üçün və eyni zamanda, mənzil almaq istəyən şəxslərin məsuliyyətini artırmaqdan ötrü addımlar atıla bilər. İstənilən halda Mərkəzi Bank bankların problemsiz fəaliyyətində və eyni zamanda verdiyi kreditlərin tez almasında maraqlıdır. Hesab edirəm ki, müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşmirlər. Problem o ailələrdə olur ki, onların gəlirləri kifayət qədər deyil və onlar banklardan aldığı krediti sonradan çox böyük çətinliklə qaytarırlar. Ümumən götürdükdə isə imkanı olan adam bankla münasibətlərini bu yeni qaydalar çərçivəsində də rahat qura biləcək. Burada söhbət imkanı olmadığı halda bankdan aldığı borc altına girən və ondan sonra həmin borcu qaytara bilməyən insanlar qrupundan, həmin qrupun çevrəsini daraltmaq və insanları atdığı addımları yüz ölçüb-bir biçməyə sövq etməkdən gedə bilər”.
Xatırladaq ki, Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidir, eyni zamanda, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı minimum 600-700 manat təşkil etməlidir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...