
Ölkənin 57 rayonuna 163 mindən cox hüquqi və fiziki şəxsə 66000 hektardan cox buğda və cəltik səpini ücün ayrılan subsidiyaların verilməsinə başlanılıb. Bu barədə məlumatı Publika.Az-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov verib.
Şöbə müdirinin sözlərinə görə, artıq Kənd Təsərrüfatı
Nazirliyindəki komissiya 24,2 milyon manatdan cox subsidiyanın
verilməsinə qərar verib: "Subsidiyanın ayrılması və
maliyyələşdirilməsi barədə sənədlər Maliyyə Nazirliyinə və Kapital
Banka göndərilib. Artıq buğda və cəltik əkini ilə məşğul olan
fiziki və hüquqi şəxslər "Kapitalbank"ın bankomatlarından
yardımlarını almağa başlayıblar”.
Yardım hər sahəyə 40 manat məbləğində nəzərdə tutulub.
Zülfiyyə Telmanqızı
Publika.Az