Yapon sərmayəçilərin türk performansı
Bizi izləyin

Ekopublika.az

Yapon sərmayəçilərin türk performansı

Yapon sərmayəçilərin türk performansı

Keçən il 3,4 milyard dollarlıq birləşmə və satınalmanın 502 milyon dollarlıq qismini reallaşdıran Yapon investorlar, bu il daha çox qismini reallaşdırmaq üçün Türkiyəyə gedəcək. Reallaşan sektorlar isə enerji və qida olacaq.

Son illərdə böyümə performansı ilə Yapon sərmayəçilərin maraqını çəkən Türkiyə, Yapon sərmayəçilər üçün eyni zamanda Afrika və Orta Şərqə keçid üçün də əhəmiyyətli bir mərkəzdir.

Bu məqsədlə Yapon sərmayəçilər, Türkiyədə ötən il 8 birləşmə və satınalma reallaşdırıb. 2013 –cü ilə damğa vuran ən böyük 10 əməliyyatdan biri Yapon sərmayəçilər tərəfindən reallaşıb. Yaponiya ən çox sərmayə qoyan ölkələr arasında da 3 –cü sıranı tutub.

458 milyon dollarlıq Yapon sərmayəsi

TCMB ödənişlər tarazlığı hesabatına görə, 2013 -cü ilin Oktyabr ayından, Türkiyəyə təxminən 458 milyon dollarlıq Yaponiya mənşəli ilə birbaşa investisiyaya girib. Son 10 ilə baxıldığında isə 2002-2012 arasında xüsusilə son üç ildə artım olduğu müşahidə edilib. TÜYİD -ə görə, Yapon iqtisadiyyatındakı inkişaflar nəticəsində, Yapon investorlar inkişaf edən bazarlara yönəlir.

Yapon investorların uzun illər ABŞ bazarında fəaliyyət göstərdiyinə diqqət çəkən Yaponiya Masası lideri Bilgütay Yaşar da bu bazarların artıq doyduğunu və Yaponların da yeni fürsətlər üçün artıq ətraf ölkələrə yönəldiyini söyləyib.

Yaşar, bu nöqtədə Türkiyənin sürətli böyümə performansı ilə Yapon şirkətlərinin marağını çəkdiyini ifadə edib. Yaşar, Yapon firmaların maliyyə, enerji, qida və sağlamlıq sektorlarına əlaqəsinin olduğunu söyləyib.

Şəffaf və təşkilati quruluş şərtdir

Yaşar, bu nöqtədə Türk şirkətlərin şəffaf və təşkilati bir quruluşa qovuşmasının şərt olduğunu vurğulayıb. Ötən dövrdə Yapon investorlar, Türkiyədə yemək və içki, istehsal, xidmətlər, səhiyyə və nəqliyyat kimi bir çox müxtəlif sektorlarda birləşmə və satınalma əməliyyatları reallaşdırıb.

Gunfer, bu sektorların önümüzdəki dövrdə də cazibəsini qorumasını və əlavə olaraq Yapon investorların maliyyə xidmətləri və enerjidə də sərmayələrini artırmalarını gözlədiklərini ifadə edib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm