TANAP üzrə boru kəmərinin 1 kilometri 1,11 milyon dollardan sığortalanıb
Bizi izləyin

Ekopublika.az

TANAP üzrə boru kəmərinin 1 kilometri 1,11 milyon dollardan sığortalanıb

Türkiyənin tanınmüş şirkəti olan “Tekfen Holding” Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin tikintisi üzrə tenderin qalibi elan edildikdən sonra tikəcəyi boru kəməri hissəsinin sığortalanmasını elan edib.

Publika.az xəbər verir ki, Tekfen Holding TANAP-ın Sivasdan Eskişehir yaşayış məntəqəsinə qədər olan hissəsini tikəcək. Tikiləcək borunun uzunluğu 509 km, diametri isə 56 düymdir.

Tekfen-in İstanbul Fond Birjasında açıqladığı məlumatdan aydın olub ki, tikəcəyi boru 565 mln. dollar məbləğində sığortalanıb.

Beləliklə, açıqlanan bu məlumatdan aydın olur ki, Tekfen Türkiyənin qərb hissəsində inşa olunacaq boru kəmərinin 1 kilometrini 1,11 milyon dollardan sığortalayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm