Mübariz Mənsimov iki şirkətini satır
Bizi izləyin

Ekopublika.az

Mübariz Mənsimov iki şirkətini satır

Türkiyənin tanınmış restoranlar şəbəkəsi olan “Günaydın” Holdinqinin səhmlərinin 70 faizini “Doğuş” Holdinqinin rəhbəri Ferit Şahenk və azərbaycanlı iş adamı Mübariz Mənsimov alıb.

Türkiyənin tanınmış restoranlar şəbəkəsi olan “Günaydın” holdinqinin səhmlərinin 70 faizini “Doğuş” holdinqinin rəhbəri Ferit Şahenk və azərbaycanlı iş adamı Mübariz Mənsimov alıb.

Publika.Az –ın türk mediasına istinadən verdiyi məlumata görə, iş ortaqları bunun üçün 350 milyon türk lirəsi ödəyib.

“Günaydın” restoranlarını almağa ən real namizəd kimi “Doğuş” holdinqinin rəhbəri Ferit Şahenkin adı çəkilirdi. Son dövrlər əyləncə və restoran şəbəkəsinə yatırdığı sərmayələri ilə diqqət çəkən Şahenk “Günaydın”la bağlı fərqli bir yol tutdu. Məşhur iş adamı bu dəfə azərbaycanlı sərmayəçi Mübariz Mənsimovu da yanına götürdü”, - deyə məlumat verilir.

Məlumata görə, iş ortaqları 70 faizlik səhm paketini aralarında bərabər bölüb. “Sabah” F.Şahenk və M. Mənsimovun iş ortaqlığının bununla da məhdudlaşmayacağını qeyd edir:“İki işadamı yaxın günlərdə bərabər payının olacağı yeni bir şirkət qurmağa hazırlaşır. Buna görə də Şahenk, Mənsimova məxsus “Cipriani Restaurant” və “Billionaire” adlı klubun 50 faiz səhmini alacaq”.

İş ortaqları “Günaydın” restoranlarının sayını 200-ə çatdırmağı planlaşdırır. Bunlardan 100-ü Türkiyə, digər 100-ü isə xaricdə olacaq. Restoranların ilk olaraq İngiltərə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ kimi ölkələrdə açılması nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm